Bred Pitt Ancelina Colini məhkəməyə verdi - Gizli satışda ittiham edir

Hazırda oxunan: Bred Pitt Ancelina Colini məhkəməyə verdi - Gizli satışda ittiham edir

0:00
0:00
60761

Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı, aktrisa Ancelina Colini məhkəməyə verib. 

Bizim.Media “TMZ”yə istinadla xəbər verir ki, Sənətçi keçmiş həyat yoldaşını birlikdə aldıqları Fransadakı “Château Miraval” mülkünün ona məxsus hissəsini gizli şəkildə satmaqda ittiham edir.  

2008-cı ildə mülkə sahib olan cetlek 2014-cü ildə ailə həyatı qurub. 

Cütlük ayrıldıqdan sonra Coli məhkəməyə müraciət edərək, birgə aktivlərin ticarətinə qoyulan müvəqqəti qadağanın ləğv edilməsini istəyib. Pitt həmçinin bildirib ki, əgər alıcının namizədliyini şəxsən təsdiqləsə, mülkün ona məxsus hissəsindən imtina etməyə razıdır. 

Lakin bir ay sonra o, şərab zavodunun rusiyalı iş adamı Yuri Şeflerin nəzarətində olan spirtli içkilər istehsal edən “Stoli Group” şirkətinə satılmasından xəbər tutub. 

Pitt müqavilə ilə razılaşmadığını iddia edir. O, alıcıdan narazıdır, çünki yeni səhmdar şərab zavodunun rəhbərliyinə xaos gətirib. Aktyor sövdələşməni ləğv etməyi tələb edir və dəymiş ziyana görə təzminat alacağına ümid edir. 

Xatırladaq ki, beş illik məhkəmə prosesindən sonra Pitt 6 uşağın qəyyumluğunu ala bilmişdi.

Coli onu valideynlik hüququndan məhrum etmək istəyib, lakin məhkəmə onun iddialarını əsassız hesab edib. İndi onlar uşaqlar üzərində bərabər hüquqlara sahibdirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin