Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

Hazırda oxunan: Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

606889

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadası ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” media hesabında yazıb.

Tramp qeyd edib ki, İran gəmiləri blikadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəklər.

İranın 158 gəmidən ibarət hərbi donanmasını məhv etdiklərini vurğulayan Tramp yerdə qalan sürətli hücum qayıqları ilə bağlı da xəbərdarlıq edib.
 

“Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək – dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu, sürətli və amansızdır”, - Tramp vurğulayıb.


Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin