ABŞ İslamabadda Vaşinqton və Tehran arasında uğursuz danışıqlardan sonra Hörmüz boğazını blokadaya alıb.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti xəbər dərc edib.
Nəşrin məlumatına görə, İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının blokadası 13 aprel Bakı vaxtı ilə saat 18:00-da başlayıb. Bu, Hörmüz boğazı ilə birləşən Fars körfəzi və Oman körfəzindəki limanlara da aiddir.
Qeyd edək ki, 12 apreldə ABŞ İranla əsas müqavilələrin pozulmasından sonra Hörmüz boğazını blokadaya alacağını açıqlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin İrana rüsum ödəyəcəkləri təqdirdə beynəlxalq sularda gəmiləri izləməyə və saxlamağa başlayacağı gözlənilir.
Bu arada Tehran isə İran limanlarına təhlükə yaranarsa, Fars körfəzindəki heç bir limanın təhlükəsizlikdə olmayacağına söz verib.
Bizim.Media






























































































