“Kreml Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Péter Magyarı təbrik etməyi planlaşdırmır”.
Bizim.Media “VZ.ru”ya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Macarıstan Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələr siyahısına daxildir və rəsmi təbrikin göndərilməməsinin səbəbi də məhz budur.
“Biz qeyri-dost ölkələrə təbrik göndərmirik. Macarıstan qeyri-dost ölkədir, çünki bizə qarşı sanksiyaları dəstəkləyir”, – deyə Peskov vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiya daha əvvəl seçkilərdə məğlub olan baş nazir Viktor Orbán ilə dialoq aparıb.
Xatırladaq ki, Macarıstanda keçirilən parlament seçkilərində Peter Madyarın rəhbərlik etdiyi “Tisa” partiyası qələbə qazanıb.
Bizim.Media
































































































