Ukraynanın daha bir UĞURU: “Oreşnik” raketini zərərsizləşdirə biləcək

Hazırda oxunan: Ukraynanın daha bir UĞURU: “Oreşnik” raketini zərərsizləşdirə biləcək

606763

Ukrayna “Oreşnik” raketinə qarşı mübarizə və ballistik raketlərin yüksək hündürlükdə zərərsizləşdirilməsi üçün öz kosmik imkanları üzərində işləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Ali Radanın deputatı Fyodor Venislavski danışıb.

Onun sözlərinə görə, Ukrayna ballistik raket buraxılışlarının erkən aşkarlanmasından tutmuş, onların böyük yüksəklikdə ələ keçirilməsinədək müxtəlif texnologiyalar üzərində çalışır.

Venislavski qeyd edib ki, “Oreşnik” raketini döyüş başlıqları daşıyıcı raketdən kosmosda ayrılana qədər vurmaq daha effektivdir:

“Raketdaşıyıcıdan döyüş blokları ayrılana qədər ‘Oreşnik’i ən yüksək effektivliklə məhv etmək mümkündür. Altı hədəfi deyil, bir hədəfi vurmaq daha asandır”.

Deputatın sözlərinə görə, müharibə dövründə Ukrayna bölmələri artıq iki dəfə raketdaşıyıcını kosmosa çıxarıb:

“Birinci dəfə 100 kilometrdən çox yüksəkliyə, ikinci dəfə isə 204 kilometrə”.

O, həmçinin bildirib ki, Ukrayna Avropada ilk dəfə olaraq təxminən 8 min metr yüksəklikdə nəqliyyat təyyarəsindən raketdaşıyıcının buraxılışını həyata keçirib.
 

“Biz yaxın gələcəkdə hava kosmodromuna çevrilə biləcək hava sistemini yaratmışıq”, - deyə Venislavski vurğulayıb.


Onun sözlərinə görə, tamhüquqlu Kosmik Qüvvələrin yaradılması 3-5 il ərzində planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin