Hakimiyyətdən müxalifətə, sonra yenidən İQTİDARA... – Macarıstanın yeni lideri Peter Madyarın DOSYESİ

Hazırda oxunan: Hakimiyyətdən müxalifətə, sonra yenidən İQTİDARA... – Macarıstanın yeni lideri Peter Madyarın DOSYESİ

606752

Xəbər verdiyimiz kimi, Macarıstanda keçirilən parlament seçkilərində sağ-liberal yönümlü “Tisa” partiyası qələbə qazanaraq konstitusion çoxluq əldə edib. Səslərin 98,74%-nin hesablanmasının nəticələrinə əsasən, partiya 199 yerlik parlamentdə 138 mandat qazanıb. Artıq hazırki Baş nazir Viktor Orban rəqiblərini qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, seçkilərdə qələbə qazanan “Tisa” partiyasına 45 yaşlı Peter Madyar rəhbərlik edir.
 

MÖVZU İLƏ BAĞLI:

Macarıstandakı seçkilərdə SON NƏTİCƏLƏR – Hansı partiya neçə mandat qazandı? – FOTO


1981-ci ildə Budapeştdə anadan olan Madyar ixtisasca hüquqşünasdır. O, klassik müxalifət nümayəndələrindən fərqli olaraq uzun illər hakim elitada təmsil olunub. Madyar dövlət şirkətlərində yüksək vəzifələr tutub, eyni zamanda Avropa İttifaqı strukturları ilə əlaqəli diplomatik missiyalarda, xüsusilə Brüsseldə fəaliyyət göstərib. Bu təcrübə ona hakimiyyət mexanizmlərini daxildən anlamaq imkanı verib.

Madyarın şəxsi həyatı da siyasi gündəmdə diqqət çəkib. 

O, bir müddət Macarıstanın sabiq ədliyyə naziri Judit Varga ilə evli olub. Bu fakt onun hökumət daxilində baş verən proseslərə birbaşa şahid olması ilə bağlı iddiaları daha da gücləndirib. O, çıxışlarında tez-tez “hakimiyyətin daxili mətbəxi”ni ifşa etdiyini vurğulayır.

Madyarın müxalifətə keçidi 2024-cü ilin əvvəlində baş verən səs-küylü siyasi qalmaqaldan sonra başlayıb.

Hadisələrin ilk dalğası 2024-cü ilin fevralında baş verdi. Məlum oldu ki, ölkə prezidenti tərəfindən uşaqlara qarşı cinayət işi ilə bağlı qalmaqalda adı keçən bir şəxs barəsində əfv qərarı verilib. Bu qərar cəmiyyətdə ciddi narazılıq yaratdı və nəticədə prezident və ədliyyə naziri vəzifələrindən getməyə məcbur oldu.

Bu hadisə artıq hakimiyyət daxilində böhran siqnalı kimi qiymətləndirilirdi. Məhz bu fonda Peter Madyar açıq şəkildə hökuməti tənqid etməyə başladı.

O, mart ayında keçmiş həyat yoldaşı, sabiq ədliyyə naziri Judit Varga ilə bağlı səs yazısını yayımladı. Bu audioyazıda yüksək vəzifəli şəxslərin böyük korrupsiya işi üzrə sübutları gizlətməyə və ya dəyişdirməyə çalışdığı iddia olunurdu. 

Səs yazısının yayılmasından sonra Budapeştdə minlərlə insan küçələrə çıxdı. Etirazlar hökumətə qarşı ən ciddi ictimai reaksiyalardan birinə çevrildi.

Qarşılıqlı ittihamlar və şəxsi qalmaqal

Eyni vaxtda qalmaqal şəxsi müstəviyə də keçdi. Judit Varga Madyarı təzyiq və zorakılıqda ittiham etdi, Magyar isə bunu siyasi sifariş və diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirdi. İstefasından sonra siyasi fəaliyyətini yeni mərhələyə daşıyan Madyar “Tisa” partiyasına (“Hörmət və Azadlıq”) rəhbərlik etməyə başladı. Qısa müddət ərzində bu siyasi qüvvə həm hakimiyyətdən narazı seçiciləri, həm də ənənəvi liberal müxalifəti öz ətrafında birləşdirərək ölkədə əsas alternativ mərkəzə çevrildi. 

Madyarın siyasi xətti çox vaxt “orta yol” kimi xarakterizə olunur. 

Hüquqşünas kimi o, çıxışlarında daha çox qanunun aliliyi, korrupsiya ilə mübarizə və Avropa institutları ilə münasibətlərin bərpası mövzularına üstünlük verir.
 

Madyar baş nazir Viktor Orban hökumətini Moskva ilə həddindən artıq yaxın münasibətlərə görə tənqid etsə də, ölkənin enerji təhlükəsizliyinin risk altına atılmamalı olduğunu bildirir. O, Rusiyaya qarşı sanksiyaların dərhal ləğvini tələb etmir, lakin bu məhdudiyyətlərin effektiv və Macarıstan iqtisadiyyatına zərər verməyəcək şəkildə tətbiq olunmasının vacibliyini vurğulayır.


Madyar eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və hərbi əməliyyatları pislədiyini dəfələrlə bəyan edib. Bununla belə, o, əsas diqqəti humanitar yardıma və qaçqınlara dəstəyə yönəldir, silah tədarükü ilə bağlı sərt çağırışlardan isə yayınır. Digər macar siyasətçiləri kimi o da Ukrayna məsələsini Zakarpatyada yaşayan etnik macarların hüquqları ilə əlaqələndirir. Madyar Brüssel ilə daha konstruktiv dialoqun tərəfdarıdır, lakin bütün hallarda milli maraqların prioritet olaraq qalmalı olduğunu xüsusi qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin