İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-da saxlanıldı - “Yaşıl kart”ı ləğv edildi - FOTO

Hazırda oxunan: İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-da saxlanıldı - “Yaşıl kart”ı ləğv edildi - FOTO

606751

ABŞ hakimiyyəti İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın oğlu İsa Haşemini saxlayaraq onun “yaşıl kart”ını ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
 

Məlumata görə, Haşeminin həyat yoldaşı və oğlu da saxlanılıb. Onların deportasiya olunacağı gözlənilir. Bildirilir ki, hər üçü ABŞ-a 2014-cü ildə gəlib və 2016-cı ildə “yaşıl kart” əldə ediblər.


Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin də “yaşıl kart”larını ləğv etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin