İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Hazırda oxunan: İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

606710

İsveçdə saxlanılan "Hui Yuan" gəmisinin ölkəni tərk etməsinə icazə verilib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, İsveçin cənub sahillərində saxlanılan "Hui Yuan" yük gəmisinin kapitanı Ekoloji Məcəlləni pozduğunu etiraf edib və gələcək cərimələrin ödənilməsi üçün girov qoyub.

Bundan sonra gəmiyə ölkəni tərk etməyə icazə verilib.

Daha əvvəl sahil mühafizəsi əməkdaşlarının aprelin 12-də İstad sahilləri yaxınlığında Panama bayrağı altında üzən gəmini saxladıqları bildirilmişdi.

Buna səbəb sahil mühafizəsi təyyarəsinin gəminin dənizə kömür qalıqları boşaltdığını aşkar etməsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin