Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutacaq

Hazırda oxunan: Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutacaq

606648

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsi gələn həftənin sonunda mümkündür.

Bizim.Media xəbər verir ki, bunu “Novosti.LIVE”-ə verdiyi açıqlamasında Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov söyləyib.
 

O bildirib ki, 11 apreldə 182 ukraynalının geri qaytarılmasından sonra növbəti mübadilə üçün hazırlıqlar gedir.


"Ümid edirəm ki, həftənin sonu başqa bir mübadilə baş tutacaq”,- deyə Ofis rəhbəri qeyd edib.

Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa bayramı ərəfəsində genişmiqyaslı əsir mübadiləsi aparıblar. 175 hərbçi və yeddi mülki şəxs evə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin