İran ABŞ-la aparılan danışıqlarda vasitəçilik etdiyinə görə Pakistana təşəkkürünü bildirib və İslamabadla təmasları davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai danışıb.
Onun sözlərini Tasnim agentliyi yayıb.
“Pakistan hökumətinə və xalqına, həmçinin şəxsən baş nazir Şahbaz Şərifə, silahlı qüvvələrin komandanı Asim Munirə və xarici işlər naziri İshaq Dara təşəkkür edirik”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, İran göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirir və Pakistan, eləcə də regiondakı digər tərəfdaşlarla əməkdaşlığın davam edəcəyinə əmindir.
Bizim.Media





































































































