Pakistan ABŞ və İranı atəşkəs rejiminə ciddi əməl etməyə çağırdı

Hazırda oxunan: Pakistan ABŞ və İranı atəşkəs rejiminə ciddi əməl etməyə çağırdı

606610

Pakistanın xarici işlər naziri və baş nazirin müavini Məhəmməd İshaq Dar ABŞ və İranı atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, İslamabadda Amerika və İran nümayəndə heyətləri arasında keçirilən danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib. Məlumatı Pakistanın Dawn qəzeti yayıb.

Dar vurğulayıb ki, götürülmüş öhdəliklərin icrası davam etdirilməlidir və bu, hazırkı mərhələdə son dərəcə vacibdir.

“Pakistan yaxın günlərdə də İran və ABŞ arasında qarşılıqlı əlaqə və dialoqun təşviqində öz rolunu oynayıb və oynamaqda davam edəcək”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin