ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

Hazırda oxunan: ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

606595

ABŞ və İran rəsmilərinin İslamabadda keçirdikləri  danışıqlarda əsas fikir ayrılığı yaradan məsələlər Hörmüz boğazına nəzarət, İranın nüvə proqramı və döyüş əməliyyatlarının dayandırılması şərtləri olub.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Mənbələrin bildirdiyinə görə, Tehran, həmçinin dondurulmuş aktivlərin açılmasını, kompensasiyaların ödənilməsini və müharibənin tam dayandırılmasını tələb edib. 

Vaşinqton isə gəmiçiliyin sərbəstliyində və İranın nüvə imkanlarının məhdudlaşdırılmasında israr edib.

Xatırladaq ki, ABŞ nümayəndə heyəti artıq İslamabadı tərk edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin