İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

Hazırda oxunan: İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

606593

İran hakimiyyəti ABŞ-la İslamabadda keçirilən məsləhətləşmələr zamanı “məntiqli təkliflər” irəli sürüb və danışıqlarda tələsməməyə hazırdır, çünki indi top Vaşinqtonun tərəfindədir. 

Bizim.Media xəbər verir ki, bu barədə Tasnim öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ İranla “məntiqli razılaşma”ya razılaşmayınca, Hörmüz boğazındakı vəziyyət dəyişməyəcək.

İran Xarici İşlər Nazirliyi isə bildirib ki, Tehran və Vaşinqton bir sıra məsələlər üzrə anlaşmaya gəliblər, lakin 2-3 mühüm mövzuda fikir ayrılığı qalmaqdadır.

“Lap əvvəldən bir iclasda razılıq əldə edəcəyimizi gözləmək lazım deyildi”, - deyə İran XİN vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin