“İran əleyhinə kampaniya bitməyib, hələ görüləcək işlər var. Biz tarixi nailiyyətlər əldə etmişik”.
Bizim.Media xəbər verir ki, “The Times of İsrael”in məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu video müraciətində deyib.
“Onlar bizi boğmaq istəyirdilər, biz isə onları boğduq. Biz onlara zərbə vurduq və hələ görüləcək işlərimiz var”, - o deyib.
Netanyahu bildirib ki, ömrünün böyük hissəsini İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sərf edib.
Netanyahu, İsrailin keçən ilin iyun ayında İranın hədəflərinə zərbə endirməsi ilə qorxu baryerini sındırdıqlarını bildirib.
Bizim.Media




































































































