İran-ABŞ danışıqları UZADILA BİLƏR

Hazırda oxunan: İran-ABŞ danışıqları UZADILA BİLƏR

606543

Pakistanın paytaxtı İslamabadda İran və ABŞ arasında danışıqlar daha bir gün uzadıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə İran xəbər agentliyi “Tasnim”in “Telegram” kanalında məlumat dərc edilib.
 

"İlkin müzakirələr və məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlar ümumi məsələləri əhatə etdikdən sonra bir sıra mövzular üzrə ətraflı və texniki müzakirələrə keçdi", - xəbərdə deyilir.


Agentlik aydınlaşdırıb ki, danışıqlar bir günə planlaşdırılsa da, ekspert müzakirələrini davam etdirmək üçün onların daha bir gün də uzadıla biləcəyi ehtimalı var. Lakin bu, hazırda təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin