Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Hazırda oxunan: Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

606479

“ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməsi təkcə Pakistan üçün deyil, bütün müsəlman dünyası üçün qürurverici bir andır”.
 

MÖVZU İLƏ BAĞLI: 

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır


Bizim.Media xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda ABŞ və İran arasında atəşkəs danışıqlarını şərh edərkən deyib.

Baş nazir bildirib ki, Pakistan çətin bir iş olan danışıqların uğur qazanması üçün əlindən gələni edəcək.
 

Baş nazir Şahbaz Şərif bildirib ki, İran və ABŞ arasında İslamabadda planlaşdırılan danışıqlar tarixi bir fürsətdir. Şərif danışıqları davamlı atəşkəsin əldə olunması üçün tarixi bir fürsət adlandırıb.


"Danışıqların bu mərhələsi davamlı atəşkəs axtarışında həlledici məqamdır", - o vurğulayıb.

Danışıqların nəticəsi ilə mövqeyini açıqlayan Baş nazir Şərif deyib: “Nəticə Allahın əlindədir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin