Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Hazırda oxunan: Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

606431

Yeni sərhəd nəzarət sisteminin tətbiqindən sonra 27 mindən çox şəxsə Avropa İttifaqına giriş qadağan edilib.

Bundan əlavə, təxminən 700 nəfər təhlükəsizliyə potensial təhdid kimi müəyyən edilib. Bu barədə Avropa Komissiyası məlumat verib.

Bizim.Media xəbər verir ki, yeni avtomatlaşdırılmış giriş-çıxış sistemi pasportlara vurulan möhürləri rəqəmsal qeydiyyatla əvəz edir.

Sistem ötən ilin oktyabrında işə salınıb və hazırda bütün Avropa İttifaqı ərazisində, həmçinin Şengen zonasına daxil olan ölkələrdə tam fəaliyyət göstərməyə başlayıb.

Sistem tətbiq olunandan bəri Aİ sərhədindən 52 milyondan çox giriş-çıxış qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin