Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Hazırda oxunan: Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

606418

ABŞ Prezidenti Donald Tramp Tehranın qapalı və açıq bəyanatları arasındakı uyğunsuzluğa işarə edərək, İranın nüvə proqramı üzrə mövqeyində ziddiyyətlər olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, "The New York Post" qəzetinə müsahibəsində bildirib.

Trampın sözlərinə görə, şəxsi təmaslarda İran tərəfi nüvə silahından imtina etməyə hazır olduğunu bildirir, lakin açıq şəkildə uranı zənginləşdirmək hüququnda israr etməkdə davam edir.

"Onlar birbaşa üzümüzə deyirlər ki, bütün nüvə silahlarından imtina edirlər, hamısı məhv edilib. Sonra isə mətbuata çıxıb deyirlər: "Xeyr, biz uranı zənginləşdirmək istəyirik". Odur ki, biz bunu aydınlaşdıracağıq", - o qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Qeyd edək ki, ABŞ və İran danışıqları aprelin 11-də Pakistanda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin