Zelenski Ukraynanın Yaxın Şərqdə İran dronlarını məhv etdiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri açıqlama yayıb.
"Hərbi mütəxəssislərimizi, xüsusən də tutucu dronlar üzrə ekspertləri və elektron müharibə mütəxəssislərini Yaxın Şərqə göndərdik. Bəzi ölkələrə tutucu dronları necə idarə edəcəyimizi nümayiş etdirdik. İran "Shahed"lərini məhv etdikmi? Bəli, məhv etdik. Onları bir ölkədə məhv etdikmi? Xeyr, bir neçə ölkədə. Və bu, mənim fikrimcə, bir uğurdur", - deyə prezident jurnalistlərə açıqlamasında bildirib.
Zelenski əlavə edib ki, vurulan hədəflər arasında reaktiv mühərrikli dronlar da var.
Bizim.Media































































































