İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Hazırda oxunan: İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

606234

İsrail Müdafiə Qüvvələri (IDF) Livan ərazisində “Hizbullah” qruplaşmasına məxsus raket buraxılış məntəqələrinə qarşı yeni hava hücumlarına başladığını elan edib.

Bizim.Media ordunun rəsmi teleqram kanalına istinadən xəbər verir ki, əməliyyatın hədəfi qruplaşmanın atəş gücünü sıradan çıxarmaqdır.
 

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” raketlərini hədəf almağa başlayıb”, – deyə mətbuat xidmətinin yaydığı qısa məlumatda bildirilir.


Xatırladaq ki, aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların başlaması gözlənilir. Livan cəbhəsindəki gərginliyin həmin danışıqların gedişatına necə təsir edəcəyi dünya birliyinin diqqət mərkəzindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin