ABŞ-ın böyük neft şirkətləri Hörmüz boğazından keçid üçün rüsumların ödənilməsinə qarşı çıxıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Onların hesablamalarına görə, bu cür tədbirlər neft daşınmalarının dəyərini əhəmiyyətli dərəcədə artıra bilər.
Sənaye nümayəndələri xəbərdarlıq edir ki, İrana edilən güzəşt xərcləri hər daşınma üçün təxminən 2,5 milyon dollar artıracaq. Artan xərclər isə həm birbaşa rüsumlar, həm də son istehlakçılara təsir edəcək daha yüksək sığorta tarifləri ilə bağlı olacaq.
Şirkətlər həmçinin potensial uzunmüddətli nəticələrə də işarə edirlər. Xüsusilə, İrana boğaz üzərində faktiki nəzarətin verilməsi Sinqapur və Türkiyə də daxil olmaqla digər ölkələr üçün oxşar rüsumlar tətbiqinə presedent yarada bilər.
Nəşrin mənbəyi qeyd edib ki, Sənaye nümayəndələri məsələ ilə bağlı artıq öz mövqelərini Donald Trampa çatdırıblar.
Bizim.Media

































































































