Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü münasibətilə genişmiqyaslı anım mərasimi təşkil olunub.
Bizim.Media xəbər verir ki, mərasimdə çox sayda insan iştirak edib.
Dini ayinlər və xüsusi anım tədbirləri mərasimin əsas hissəsini təşkil edib.
Şəhərin mərkəzi küçələri və meydanları mərasim iştirakçıları ilə dolub, iştirakçılar mərhum liderin xatirəsini yad etmək üçün bayraqlar və portretlər gətiriblər.
Xatırladaq ki, İranın Ali rəhbəri Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:44 / 09.04.2026
Xameneinin anım mərasimində izdiham – VİDEO
Hazırda oxunan: Xameneinin anım mərasimində izdiham – VİDEO
Hazırda oxunan: Xameneinin anım mərasimində izdiham – VİDEO
606041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































