Belçikanın xarici işlər naziri İsrailin atdığı raketdən son anda qurtuldu – FOTO

Hazırda oxunan: Belçikanın xarici işlər naziri İsrailin atdığı raketdən son anda qurtuldu – FOTO

605980

Belçikanın xarici işlər naziri Maksim Prevost Livana səfəri zamanı İsrailin Beyruta raket zərbəsi endirdiyi yerə təhlükəli dərəcədə yaxın olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nazir və onun nümayəndə heyətinin yerləşdiyi Belçika səfirliyindən bir neçə yüz metr aralıda baş verib.

"Livan prezidentinin İsrail ilə atəşkəs danışıqlarına başlamaq təklifini alqışlamağa vaxtım olmamışdı ki, İsrail münaqişənin əvvəlindən bəri ən güclü hücumlarından birini başlatdı... Nümayəndə heyətimlə birlikdə raket zərbələrinin endirildiyi yerdən bir neçə yüz metr aralıda səfirlikdə idik", - Prevost qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin