Ərdoğanla Tramp DANIŞDI: Nələr müzakirə olundu?

Hazırda oxunan: Ərdoğanla Tramp DANIŞDI: Nələr müzakirə olundu?

605963

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, liderlər dünən gecə saatlarından etibarən İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, bölgədəki son hadisələri müzakirə ediblər.

Ərdoğan atəşkəs qərarından duyduğu məmnunluğu ifadə edib:

“Bütün dünya üçün olduqca çətin və gərgin keçən 40 gündən sonra açılan bu iki həftəlik fürsət pəncərəsi qalıcı bir sülh sazişi üçün ən yaxşı şəkildə dəyərləndirilməli, prosesin “baltalanmasına” və ya sabotaj edilməsinə imkan verilməməlidir”.
 

Bundan əlavə, Ərdoğan Pakistan başda olmaqla, dost və qardaş ölkələrlə birlikdə həyata keçirilən həll səylərinə Türkiyənin dəstəyinin artaraq davam edəcəyini diqqətə çatdırıb.


Xatırladaq ki, Yaxın Şərqdə genişmiqyaslı müharibə təhlükəsi fonunda elan olunan 14 günlük atəşkəs regionda sabitliyin bərpası üçün son dövrlərin ən mühüm diplomatik nailiyyəti hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin