İsrail Livana ən genişmiqyaslı zərbələr endirdi – VİDEO

Hazırda oxunan: İsrail Livana ən genişmiqyaslı zərbələr endirdi – VİDEO

605919

İsrail hərbçiləri aprelin 8-də Livanda “Hizbullah”a qarşı indiyədək ən böyük hava hücumlarını həyata keçirdiklərini açıqlayıblar.

Bizim.Media Reuters-a istinadən xəbər verir ki, zərbələr Beyrut, Bekaa vadisi və Livanın cənubundakı “Hizbullah”ın komanda mərkəzləri və hərbi obyektlərinə endirilib.
 

Rəsmi bəyanatda bildirilir ki, əməliyyat dəqiq kəşfiyyat məlumatları əsasında hazırlanıb və bir neçə həftə planlaşdırılıb.


Məlumata əsasən, hücumların hədəfi qruplaşmanın infrastruktur obyektləri və hücumların planlaşdırılmasında istifadə olunan komanda məntəqələri olub.

Eyni zamanda, AP yazır ki, İsrail hazırkı əməliyyat çərçivəsində İrana qarşı zərbələri dayandırsa da, Livanda əməliyyatların davam edəcəyini bildirib. İsrail tərəfi ABŞ-İran atəşkəsinin Livandakı “Hizbullah”a qarşı əməliyyatlara şamil olunmadığını bəyan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin