Ukrayna Xarici İşlər Nazirliyi Dominikan Respublikasında fəxri konsul vəzifəsini tutan Viktoriya Yakimovanı geri çağırıb.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, buna səbəb onun şəkillərinin ictimaiyyətdə kəskin və mənfi rezonans doğurması olub.
Qeyd edək ki, keçmiş model martın 30-da fəxri konsul təyin edilmişdi. Bu təyinatdan sonra Ukrayna mediasında yayılan görüntülərdə Yakimovanın açıq-saçıq pozalarda çəkildiyi əks olunub.
XİN-dən bildirilib ki, mediada yayılan materiallar geniş ictimai narazılıq yaratdığından əlavə araşdırma aparılıb və nəticədə onun fəxri konsul kimi fəaliyyətinə xitam verilməsi qərara alınıb.
Bununla yanaşı, Yakimovanı bu vəzifəyə təklif edən Ukraynanın Kubadakı səfirinin də Kiyevə geri çağırılması qərara alınıb. Nazirlik qeyd edib ki, artıq müvafiq kadr dəyişiklikləri həyata keçirilib.
Ukrayna XİN həmçinin fəxri konsulluqlarla bağlı normativ tələbləri sərtləşdirəcəyini və bütün bu tip qurumların fəaliyyətini yoxlayacağını açıqlayıb. Yoxlamaların nəticələrinə əsasən onların gələcək fəaliyyəti ilə bağlı qərarlar veriləcək.






Bizim.Media
































































































