İslamabadda TARİXİ GÖRÜŞ: İranı kim təmsil edəcək?

Hazırda oxunan: İslamabadda TARİXİ GÖRÜŞ: İranı kim təmsil edəcək?

605884

İranı İslamabadda ABŞ-la nəzərdə tutulan danışıqlarda parlamentin sədri Məhəmməd Qalibafın təmsil edəcəyi barədə xəbərlər hələ təsdiqlənməyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Tasnim” Agentliyi yayıb.

Məlumatlı mənbə deyib ki, İranın danışıqlar heyətinin rəhbərinin artıq müəyyən edildiyini iddia edən bir sıra media xəbərlərinə baxmayaraq, bu məsələ tam həll olunmayıb.
 

Qeyd edib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi, hakimiyyətin üç qolu və digər aidiyyəti rəsmilər danışıqlar üçün lazım olan bütün şərtləri və aspektləri diqqətlə araşdırır və yaxın zamanda rəsmi açıqlamalar veriləcək.


Xatırladaq ki, bu iddia bir İran xəbər agentliyinin aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılan Tehran-Vaşinqton danışıqlarında İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibafın rəhbər olacağını xəbərindən sonra səsləndirilib.

Təsdiqlənməmiş məlumata görə, ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edəcək.

Yeri glmişkən, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıblar. Aprelin 8-nə keçən gecə isə Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub və bu müddət ərzində İslamabadda danışıqlar aparılacaq.
 

İran müzakirələrin əsası kimi 10 maddəlik plan təklif edib; bu plana ABŞ qüvvələrinin regiondan çıxarılması, sanksiyaların ləğvi və Hörmüz boğazına nəzarətin təmin olunması kimi tələblər daxildir.


ABŞ prezidenti Donald Tram isə danışıqların Vaşinqtonun 15 maddəlik təklifi əsasında aparılacağını bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin