Prezident iqamətgahını ayaqyoluna bənzətdilər - FOTO

Hazırda oxunan: Prezident iqamətgahını ayaqyoluna bənzətdilər - FOTO

60588
Türkiyə Memarlar palatası Ankara şöbəsinin sədri Tezcan Karakuş Candan yeni prezident iqamətgahı barədə qalmaqallı açıqlama verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Candan prezident iqamətgahını ayaqyolu ilə müqayisə edib. 

“Prezident təyyarəyə və ya helikopterə minib qaçaq sarayına yuxarıdan baxacağı təqdirdə memari formanın alaturka tualet daşına oxşasdığını görəcək”. 

Qeyd edək ki, Türkiyə Cümhuriyyətində 1924-cü ildən 2014-cü ilin avqust ayına qədər ölkə prezidentlərinin rəsmi iqamətgahı “Çankaya köşkü” olub. Bu il avqust ayında Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra ölkə başçısının rəsmi iqamətgahı “Çankaya” köşkündən “Ak Saray” adlı yeni binaya köçürülb. Binanın ərazisi və tikintisinin maliyyəti bu gün də Türkiyədə müzakirə və mübahisə mövzusudur. 

“Çankaya köşkü” isə hazırda baş nazirin rəsmi iqamətgahıdır. 




















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin