Böyük Britaniya kralı gizlincə müsəlman olub? – ŞOK İDDİA

Hazırda oxunan: Böyük Britaniya kralı gizlincə müsəlman olub? – ŞOK İDDİA

605846

Böyük Britaniya kralı III Çarlzın gizlincə İslam dinini qəbul etdiyi iddia olunur.

Bizim.Media xəbər verir ki, bu barədə “Christian Post” qəzeti material dərc edib.

Nəşr yazıb ki, kral müsəlman bayramları üçün video təbriklər yazmasına baxmayaraq, üç illik hakimiyyəti dövründə hələ də Pasxa nitqi söyləməyib.
 

Britaniyalı ruhanilər monarxın əsas xristian bayramlarından birini görməməzliyə vurmasından qəzəblənirlər. Halbuki fevral ayında o, müsəlmanlara Ramazan bayramını “mübarək” adlandıraraq ölkə və dünya müsəlmanlarına xoş Ramazan keçirməyi arzulamışdı.


Avropa Parlamentinin keçmiş üzvü Qodfri Blum açıq şəkildə III Çarlzı “bizim müsəlman kralımız” adlandırır və onun taxtdan imtina etməsini tələb edir.

Çarlzın gizli şəkildə İslamı qəbul etməsi ilə bağlı iddialar həm də onun Sikstin Kapellasında Papa ilə son görüşündə (Papa ilə ilə görüşən ilk monarx olub) bütün böyük dinlər tərifləməsindən qaynaqlanır.
 

Xatırladaq ki, Çarlz şahzadəlik dönəmində dəfələrlə pravoslav monastırlarını ziyarət edib. Onun xahişi ilə Yunanıstanda anadan olmuş mərhum atasına ehtiram əlaməti olaraq, onun tacqoyma mərasimində pravoslav himnləri oxunub.


Məsələ ilə bağlı Bukingem sarayından qeyd edilib ki, Milad bayramı müraciətlərindən fərqli olaraq, Pasxa mesajları heç vaxt illik ənənə olmayıb. Lakin kral ailəsinin sosial media hesabında "Pasxa bayramınız mübarək!” kimi paylaşımlar edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin