Donald Tramp İranla iki həftəlik atəşkəs razılaşması əldə edildikdən sonra ABŞ-ın tam və qəti qələbə qazandığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə AFP-yə açıqlamasında bildirib.
"Tam və qəti qələbə, 100 faiz və bu barədə heç bir şübhə yoxdur", - Tramp atəşkəs elan edildikdən qısa müddət sonra telefonla qısa müsahibəsində deyib.
ABŞ lideri razılaşma pozularsa, İranın mülki elektrik stansiyalarını və körpülərini darmadağın etmək barədə ilkin təhdidlər barədə suala ətraflı cavab verməyib.
"Bunu görməli olacaqsınız", - Tramp qeyd edib.
Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uranı məsələsi həll ediləcək:
"İranı iki həftəlik atəşkəs razılaşmasına üçün danışıqlar masasına gətirməyə Çinin kömək etdiyinə inanıram".
Qeyd edək ki, bu gün ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:56 / 08.04.2026
Tramp: “ABŞ tam və qəti qələbə qazandı”
Hazırda oxunan: Tramp: “ABŞ tam və qəti qələbə qazandı”
Hazırda oxunan: Tramp: “ABŞ tam və qəti qələbə qazandı”
605791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































