İrandan QƏLƏBƏ ELANI - “ABŞ bu şərtləri qəbul edib” - 10 BƏNDLİK PLAN

Hazırda oxunan: İrandan QƏLƏBƏ ELANI - “ABŞ bu şərtləri qəbul edib” - 10 BƏNDLİK PLAN

605783

Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında atəşkəs razılaşması əldə olunub. İki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayan ABŞ Prezidenti Donald Tramp İrandan 10 bəndlik təklif aldıqlarını bildirib.

Bizim.Media “Fars” agentliyinə istinadla xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası bu razılaşmanı qələbə kimi elan edib.

Bundan əlavə, Şura ABŞ-ın aşağıdakı təkliflərlə razılaşdığını iddia edib:

1. ABŞ, prinsipcə, İrana hücum etməyəcəyinə zəmanət verir;
2. İran Silahlı Qüvvələri ilə əlaqələndirilərək Hörmüz boğazından nəzarətli keçid;
3. Uranın zənginləşdirilməsinin qəbul edilməsi;
4. İrana qarşı ilkin sanksiyaların ləğvi;
5. İrana qarşı ikinci dərəcəli sanksiyaların ləğvi;
6. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi;
7. Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələrinin ləğvi;
8. Hesablamalara əsasən İrana dəyən zərərin tam ödənilməsi və bütün dondurulmuş İran aktivlərinin azad edilməsi;
9.ABŞ hərbi qüvvələrinin bölgədəki bütün bazalardan və yerləşdirmə məntəqələrindən çıxarılması;
10.Livan da daxil olmaqla, bütün cəbhələrdə müttəfiq qruplara qarşı döyüşlərin dayandırılması.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin