Bu şəhər müharibədən sonra ən bahalı yerə çevrilir: Varlıların köçü

Hazırda oxunan: Bu şəhər müharibədən sonra ən bahalı yerə çevrilir: Varlıların köçü

605752

Yaxın Şərqdəki münaqişə ilə əlaqədar imkanlı britaniyalılar Birləşmiş Ərəb Əmirliklərindən Avropaya qayıdırlar.

Bizim.Media-nın "The Guardian" nəşrinə istinadən məlumatına görə, britaniyalı milyonçu və milyardçıların mənzil almaq üçün diqqətini çəkən şəhərlər arasında Milan liderlik edir.

Konsaltinq şirkətlərinin ekspertlərinin sözlərinə görə, varlı britaniyalıları İtaliyada yüksək həyat səviyyəsi və əcnəbilər üçün tətbiq olunan güzəştli vergi statusu cəlb edir.

2026-cı ildən etibarən xarici gəlirlər üzrə sabit vergi 300 000 avro təşkil edir (2025-ci ildə bu məbləğ 200 000 avro idi).
 

Vergi üstünlükləri ilə yanaşı, Milanda britaniyalıları inkişaf etmiş maliyyə sektoru, siyasi sabitlik, beynəlxalq məktəblərin və iri hava limanlarının yaxınlığı, həmçinin incəsənət əsərlərinin satışı və idxalı üçün aşağı ƏDV dərəcəsi (5%) cəlb edir. Relokasiya üzrə məsləhətçi Arman Artonun sözlərinə görə, hazırda Fars körfəzi regionundan "əsl axın" müşahidə olunur və İtaliya müraciətləri sürətlə emal edir.


2025-ci ilin sonundan etibarən Milan Vyana şəhərini qabaqlayaraq İtaliyanın ən bahalı şəhəri olub. Şəhərdə daşınmaz əmlakın 1 kv. metrin orta qiyməti 5 171 avroya (~$5 690) çatıb. Son iki ildə Milanda daşınmaz əmlak alan əcnəbi alıcıların sayı 30–40% artıb. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin