Dünyanın ən çirkli havası olan şəhərlərinin adları açıqlandı

Hazırda oxunan: Dünyanın ən çirkli havası olan şəhərlərinin adları açıqlandı

0:00
0:00
60574

Dünyanın ən çirkli havasına malik şəhərlərin reytinqi tərtib olunub. Siyahıda ilk yeri Pakistanın Lahor şəhəri tutur.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat real zamanda havanın çirklənmə səviyyəsini qeydə alan “Iqair” portalının dərc etdiyi reytinqdə yer alıb.

Hindistanın Kəlküttə və Banqladeşin Dəkkə şəhərləri reytinqdə müvafiq olaraq ikinci və üçüncü yerdədir.

Siyahının ilk onluğunda, həmçinin Pakistanın Kəraçi, Hindistanın Dehli, Ukraynanın Kiyev, Makedoniyanın Skopye, Vyetnamın Hanoy, Serbiyanın Belqrad, Bosniya və Herseqovinanın Sarayevo şəhərləri qərarlaşıb.

Atmosferin bu dərəcədə çirklənmə səviyyəsində tənəffüs yolları xəstə olan insanların respirator taxmaları, qapalı məkanlarda pəncərələri bağlamağı və hava təmizləyən qurğulardan istifadə etmələri, həmçinin açıq havada idmanla məşğul olmaqdan çəkinmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin