Vens: Hörmüzü bağlamaq İrana baha başa gələ bilər - VİDEO

Hazırda oxunan: Vens: Hörmüzü bağlamaq İrana baha başa gələ bilər - VİDEO

605688

Bu gün ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranın Hörmüz boğazını bağlaması ilə bağlı açıqlama verib.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, o bunu Macarıstana səfəri zamanı Viktor Orban ilə keçirilən mətbuat konfransında deyib.

Vensin sözlərinə görə, İran Hörmüz boğazı vasitəsilə ABŞ-a iqtisadi ziyan vurmağa çalışır, ancaq bu İrana baha başa gələ bilər.

“İran Hörmüz boğazı vasitəsilə ABŞ-a və dostlarına iqtisadi ziyan vurmağa çalışsa da, Amerikanın İrana vuracağı iqtisadi təsir bundan qat-qat böyük olacaq. Ümid edirəm ki, onlar bu reallığı anlayırlar”, - deyə, vitse-prezident vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin