Braziliyada fenomen Culiana Oliveyranın estetik arzusu kabusa çevrilib. Zirzəmi tipli, qeyri-qanuni bir klinikada həqiqi dolğu əvəzinə gənc qadına 2017-ci ildə mineral yağ yeridilib, nəticədə onun üzündə ağır deformasiya yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə haberler.com saytı yazıb.
Yaşadığı travmaya baxmayaraq, estetik əməliyyatlardan əl çəkməyən qadın sonradan sinə implantı da etdirib. Gənc qadının üzündəki zərərli maddələrin bir hissəsi 4 saat davam edən əməliyyatla çıxarılıb.
İddiaya görə, klinikanın əməkdaşları həqiqi dolğu maddəsi əvəzinə Oliveyranın yanaqlarına 21 şpris mineral yağ yeridiblər. Prosedurdan sonra onun üzündə ciddi şişkinlik yaranıb. Yanaqları və göz qapaqları şişən Oliveyranın bu vəziyyəti illərlə düzəlməyib.
Braziliya mətbuatında yayılan xəbərlərə görə, hazırda 32 yaşı olan fenomen estetik prosesini davam etdirir. Transseksual olan Oliveyra daha əvvəl dolğu etdirməsinin səbəbini daha gözəl görünmək istəyi ilə izah edib.
Oliveyra üzündəki zərərli maddələrin çıxarılması üçün həkim Tyaqo Marra ilə anlaşıb. O, təxminən 4 saat davam edən əməliyyatla üzündəki mineral yağın bir hissəsinin çıxarıldığını açıqlayıb.
Əməliyyatı həyata keçirən doktor Tyaqo Marra prosesin riskli olduğunu bildirərək, “Yanaqların içini tamamilə boşaltmağı planlaşdırırıq, amma mümkün fəsadlara görə hamısını bir dəfəyə çıxara bilmərik”, - deyib.


Bizim.Media
































































































