ABŞ və İsrail İranın Xark adasına hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Amerika-sionist düşmən Xark adasına bir neçə hücum həyata keçirib və adada bir neçə partlayış səsi eşidilib”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İran Hörmüz boğazını açmasa, Xark adasındakı neft infrastrukturunu məhv etməklə hədələmişdi.
Məlumat üçün bildirək ki, Xark adası İran üçün son dərəcə strateji əhəmiyyət daşıyır.
Fars körfəzində, İranın materik hissəsindən təxminən 30 kilometr aralıda yerləşən bu ada ölkənin ən böyük neft ixrac terminalının yerləşdiyi məkandır.
İranın xam neft ixracının təxminən 90 faizi məhz bu adadakı terminallar vasitəsilə həyata keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:26 / 07.04.2026
ABŞ və İsrail Xark adasına hücuma başladı – VİDEO
Hazırda oxunan: ABŞ və İsrail Xark adasına hücuma başladı – VİDEO
Hazırda oxunan: ABŞ və İsrail Xark adasına hücuma başladı – VİDEO
605667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































