Argentina prezidenti 4 gündə jurnalistləri təhqir edən min paylaşım edib

Hazırda oxunan: Argentina prezidenti 4 gündə jurnalistləri təhqir edən min paylaşım edib

605666

Argentina prezidenti Xavyer Miley 2-5 aprel tarixləri arasında “X” sosial media hesabında jurnalistləri tənqid və təhqir edən təxminən 1000 paylaşım edib.

Bizim.Media xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat dərc edib.

Qəzetin hesablamasına görə, dövlət başçısı öz 86 paylaşımını yazıb və digər istifadəçilərdən daha 874 paylaşım edib. Bu dövr ərzində mətbuata qarşı tənqidlər onun ümumi paylaşımlarının təxminən 80%-ni təşkil edib.

Miley paylaşımlarında Argentina mediasını saxtakarlıqda ittiham edir və dəfələrlə NONSALP - "Biz jurnalistlərə kifayət qədər nifrət etmirik" abreviaturasından istifadə edir.

Hadisəyə Britaniyanın “openDemocracy” nəşrinin 2024-cü ildə Rusiyadan olan şəxslərin guya argentinalı jurnalistlərə Miley hökumətini tənqid edən materiallar dərc etmək üçün pul ödədikləri iddia edilən məqaləsi səbəb olub.

Rusiyanın Argentinadakı səfirliyi ittihamları rədd edərək, onları heç bir dəlil olmadan Rusiya əleyhinə iftira adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin