Vens Macarıstana gedib

Hazırda oxunan: Vens Macarıstana gedib

605644

ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens Baş nazir Viktor Orbanla görüşmək üçün Macarıstana gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto Vensla təyyarənin pilləkənlərində görüşüb.

Vensin Macarıstana səfəri 7-8 aprel tarixləri arasında davam edəcək. “The New York Times” qəzetinin məlumatına görə, ABŞ-ın vitse-prezidenti parlament seçkilərindən əvvəl Orbanın hakim “Fidesz” partiyasını dəstəkləmək üçün ölkəyə səfər edib.

NYT qeyd edib ki, Vensın səfəri Macarıstan seçkilərinin ABŞ xarici siyasəti üçün əhəmiyyətini vurğulayıb.

Bu səfər zamanı Vensın Orbanla görüşü planlaşdırılır. Bundan əlavə, ABŞ vitse-prezidentinin seçiciləri Orbanı və onun partiyasını dəstəkləməyə çağıracağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin