İran yaponiyalı jurnalisti həbsdən azad etdi

Hazırda oxunan: İran yaponiyalı jurnalisti həbsdən azad etdi

605621

İran hakimiyyəti yanvarda saxlanılan yapon vətəndaşını azad edib.

Bizim.Media xəbər verir ki, Yaponiya hökumətinin təsdiqlədiyi məlumata görə, həmin şəxs NHK ictimai televiziyasının Tehran bürosunun rəhbəri hesab olunur və o, 6 aprel tarixində zaminə buraxılıb.

Bu barədə əvvəlcə Kyodo yazıb, daha sonra məlumat AP, Anadolu Agentliyi və digər mənbələr tərəfindən təsdiqlənib.

Məlumata görə, jurnalist yanvardan İran hakimiyyətinin nəzarətində idi. Yaponiya hökuməti bildirir ki, o, hazırda yaxşı vəziyyətdədir, lakin hələlik İranı tərk edə bilmir və Tehranda qalır.

Kyodo və ona istinad edən mənbələrin yazdığına görə, ona qarşı irəli sürülən ittihamlar qüvvədə qalır və onun işi məhkəməyə çıxarılmalıdır.

Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib ki, Tokio bu şəxsin tam azad olunması və ölkədən çıxışına icazə verilməsi üçün Tehrandan tələbini davam etdirir.

Məlumata görə, azadlığa buraxılma qərarı iki ölkənin xarici işlər nazirləri arasında aparılan telefon danışığından sonra verilib.

Bu, İranda saxlanılan ikinci yapon vətəndaşının azadlığa buraxılmasıdır. Daha əvvəl saxlanılan başqa bir Yaponiya vətəndaşı mart ayında sərbəst buraxılmış və Azərbaycan üzərindən ölkəsinə qayıtmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin