Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Hazırda oxunan: Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

605617

Perm diyarının Dobryanka şəhərində 5 saylı məktəbin 17 yaşlı şagirdi müəlliməyə bıçaqla hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Maxonin Telegram kanalında yazıb.

Müəllim ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, ona yardım göstərmək üçün Permdən həkim briqadası göndərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Həlak olan müəllimənin 55 yaşı olub. O, rus dili və ədəbiyyatı fənlərini tədris edir, həmçinin hücum edən yeniyetmənin sinif rəhbəri idi.

Shot yazır ki, məktəblinin müəlliməyə şəxsi ədavəti olub.

Bu gün məktəbdə “Sağlamlıq günü” keçirilirdi. Səhər məktəbin həyətində ümumi gimnastika planlaşdırılmışdı və uşaqlar düzülməyə başlamışdılar. Yeniyetmə müəlliməni məktəbin girişində gözləyib və ona bir neçə bıçaq zərbəsi endirib.

Regional Daxili İşlər Nazirliyi hücum edənin saxlanıldığını bildirib. O, hücumun motivinin araşdırılması üçün polis şöbəsinə aparılıb.

Məlumata görə, yeniyetmə bundan əvvəl keçmiş sinif yoldaşını hədələyib, polis nəzarətində olub və bir neçə dəfə sinifdə qalıb. Onun dərslərində ciddi problemlər olsa da, idmanla fəal məşğul olduğu bildirilir.

Bu, ilin əvvəlindən bəri məktəblinin müəlliməyə bıçaqla ikinci hücumudur. Əvvəlki hadisə fevralın 3-də Krasnoyarsk diyarındakı 4 saylı məktəbdə baş vermişdi.

Həmin vaxt 14 yaşlı şagird qız müəlliməyə bıçaqla hücum etməyə cəhd göstərmiş, nəticədə sinif yoldaşı xəsarət almışdı.

Bu hadisə həm də ilin əvvəlindən bəri məktəbə ən azı onuncu hücum sayılır. Martın 27-də Sverdlovsk vilayətinin Zaykovo qəsəbəsində 13 yaşlı yeniyetmə pnevmatik tapança ilə məktəbə gələrək “şəxsi ədavət zəminində” sinif yoldaşının başından atəş açmışdı. Qız yüngül xəsarət almış, səhlənkarlıq maddəsi ilə cinayət işi açılmışdı.

Bundan bir gün əvvəl, martın 26-da Çelyabinskdəki 32 saylı məktəbdə 15 yaşlı şagird arbalet və siqnal tapançası ilə sinfə girərək sinif yoldaşına atəş açmışdı.

Daha sonra o, müəllimlərin üzərinə bibər qazı püskürtmüş və dördüncü mərtəbənin pəncərəsindən tullanaraq qaçmağa cəhd etmişdi. Lakin o da saxlanılmışdı. Martın 31-də yeniyetmənin istintaq təcridxanasına göndərilməsi barədə məhkəmə qərarı verildiyi məlum olmuşdu.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin