Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

Hazırda oxunan: Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

605614

Ukrayna Rusiyanin Leninqrad vilayətindəki Ust-Luqa limanına növbəti dəfə hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Telegram”ın Rusiya seqmentində məlumat yayılıb.

Məlumata görə, saat 5:00-dan etibarən Leninqrad vilayətindəki Ust-Luqa dəniz limanına pilotsuz uçuş aparatları hücum edib.

Hücumu dəf etmək üçün limanda və ətraf ərazidə tez bir zamanda tədbirlər görülüb. Liman işçiləri və təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətindədir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri əvvəllər bu limana dəfələrlə hücum edib.

Qeyd edək ki, Ust-Luqa Baltik dənizindəki ən böyük nəqliyyat mərkəzlərindən biridir və Rusiya enerji ixracının əhəmiyyətli hissəsi buradan ixrac olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin