İran Səudiyyə Ərəbistanının Əl-Cübeyl şəhərində neft müəssisəsinə hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində zavodda güclü yanğın başlayıb.
Qeyd edək ki, hücuma məruz qalan müəssisə Yaxın Şərqin ən böyük neft-kimya şirkəti olan “Saudi Basic Industries Corporation”a (SABIC) məxsusdur. Sözügedən şirkət dünyanın ən böyük neft-kimya istehsalçılarından biridir.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:08 / 07.04.2026
İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO
Hazırda oxunan: İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO
Hazırda oxunan: İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO
605596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































