"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

Hazırda oxunan: "Lucesko ölməyib, vəziyyəti kritikdir" - Ruminiya səfirindən AÇIQLAMA

605496

Rumıniya millisinin baş məşqçisi Mircea Lucescunun vəziyyətinin pisləşməsi və vəfat etməsi ilə bağlı dünyanın bir sıra önəmli informasiya agentliklərində məlumat yayılıb. Bildirilir ki, məşhur məşqçinin səhhəti bu gün qəfil pisləşib və vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Xəstəxanaya yerləşdirilən Luçeskunun vəziyyəti pisləşdi


Bizim.Media xəbər verir ki, Manset.az məsələ ilə bağlı Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə əlaqə saxlayıb.

O, açıqlamasında Mircea Lucescunun reanimasiyaya yerləşdirildiyini bildirib:

“Dünən Lucescunun vəziyyəti yaxşı idi və xəstəxanadan çıxmalı idi.  Xəstəxanadan çıxarkən qəfil vəziyyəti pisləşib, kliniki ölüm keçirdib. Həkimlərin müdaxiləsindən sonra həyata qayıdıb. Hazırda reanimasiyadadır, vəziyyəti kritikdir. Oğlu da Yunanıstandan gəlib, yanındadır. Kardioloqlardan ibarət həkim qrupu  konsilium keçirəndən sonra nə edəcəklərinə qərar verəcəklər" - deyə səfir Vasile Soare bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin