SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

Hazırda oxunan: SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

605407

SEPAH-ın üçüncü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdiyi bildirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə əvvəlcə Sabereen News yazıb, daha sonra məlumat Türkiyə mediası və Anadolu Agentliyi tərəfindən də tirajlanıb. 
 

Anadolu Agentliyinin 6 aprel tarixli xəbərinə görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Ocean Thunder” adlı, İraqdan Malayziyaya xam neft daşıyan türk gəmisinin ötən gecə boğazdan təhlükəsiz keçdiyini açıqlayıb.


Məlumata görə, bu, Hörmüz boğazının faktiki bağlanmasından sonra keçidinə icazə verilən üçüncü türk gəmisi olub. Daha əvvəl Türkiyəyə bağlı iki gəminin də keçidinə icazə verildiyi bildirilmişdi. Al Arabiya 4 aprel tarixində yazmışdı ki, Türkiyənin ikinci gəmisi də boğazdan keçib.

Reuters isə 5 aprel tarixində Malayziya ilə əlaqəli, İraq nefti daşıyan Ocean Thunder tankerinin Hörmüz boğazından keçdiyini bildirib.

Agentliyin məlumatına görə, İran bəzi “dost ölkələr”lə əlaqəli gəmilərə keçid üçün istisnalar tətbiq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin