“Ölmək istəmirəm”: 109 yaşlı qadın 2 dünya müharibəsindən və “COVİD-19”dan sağ çıxdı

Hazırda oxunan: “Ölmək istəmirəm”: 109 yaşlı qadın 2 dünya müharibəsindən və “COVİD-19”dan sağ çıxdı

60540

Bu yaxınlarda koronavirusdan sağalan Mina Hyun 109 yaşını ən yaxınları ilə qeyd edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Deutsche Welle” yazır.

Keçən il sərt koronavirus məhdudiyyətləri səbəbindən yaxınlarını uzaq məsafədən görən Mina Hyun "Bəli, özümü bir il əvvəlkindən daha yaxşı hiss edirəm" deyir.

Bu il ad günü kafedə qeyd olunub. Rahat ab-havada qızı, nəvələri və nəticələri Minanı təbrik edə biliblər.

Qadın 105 yaşına qədər öz mənzilində yaşayıb və bütün ev işlərinin öhdəsindən təkbaşına gəlib. Qızı mütəmadi olaraq ona baş çəkir, isti yemək gətirirdi. Bu gün Mina qocalar evində yaşayır.

Qocalar evində Minaya pərəstiş edirlər. Milad ərəfəsində o, koronavirusa yoluxanda, həkimlər və işçilər ən yaşlı sakinlərinin həyatı üçün çox qorxublar. Qadın iki həftə karantində qalıb. Onun yüksək hərarəti, əzələ ağrıları olub, iştahı tamamilə itib.




Sevdiklərinin bəxtinə ispan qripindən və iki dünya müharibəsindən sağ çıxan Mina koronavirus infeksiyasına da qalib gələ bilib. Minadan uzunömürlülüyün sirrini paylaşmağı xahiş etdikdə çiyinlərini çəkərək heç bir sirri olmadığını deyib: “Hər şey yaxşı olanda həyat da gözəldir”.

Yaponiyada 119 yaşlı qadın haqqında deyilənləri eşitdikdən sonra Mina belə bir mərhələni keçə biləcəyini söyləyib.

Növbəti ad günündə o, bir Alman nəşrinin jurnalisti ilə görüş təyin edib: "Mən ümumiyyətlə ölmək istəmirəm, amma nə vaxtsa öləcəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin