Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

Hazırda oxunan: Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

605397

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk rayonu istiqamətində rus qoşunlarını dövlət sərhədinə doğru geri sıxışdırıb. 

Bizim.Media xəbər verir ki, DeepState layihəsinin 6 aprel tarixli məlumatına görə, Ukrayna Müdafiə Qüvvələri Ambarne kəndi yaxınlığında nəzarəti bərpa edib.
 

Analitiklərin bildirdiyinə görə, Ukrayna hərbçiləri dövlət sərhədi istiqamətində 3 kilometrdən çox irəliləyərək Ambarne kəndinin şimalındakı meşə massivinə nəzarəti geri qaytarıblar.


Məlumatda qeyd olunur ki, əməliyyatı 129-cu ayrıca ağır mexanikləşdirilmiş briqadanın bölmələri həyata keçirib.

DeepState həmçinin vurğulayıb ki, Ukrayna qüvvələri Ambarne rayonunda rusların Melove–Xatne istiqamətində irəliləyişini də dayandırmağa nail olub. Layihənin əvvəlki məlumatlarında martın sonunda rus qoşunlarının məhz Ambarne yaxınlığında irəlilədiyi göstərilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin