Moskva Londonu qisasla hədələdi: “Bədəli çox ağır olacaq”

Hazırda oxunan: Moskva Londonu qisasla hədələdi: “Bədəli çox ağır olacaq”

605330

“London gəmiləri ələ keçirmək və ya bloklamaq cəhdlərinə görə çox ağır bədəl ödəyəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun açıqlamasına Britaniya hökumətinin Rusiyanın sözdə "kölgə donanması" adlandırılan gəmilərinə hərbi personalın daxil olmasına icazə vermək planı səbəb olub.
 

“Londonun bunu etməyə gücü çatacaqmı? Yəqin ki, belədir. Rahatlamaq və Britaniyanın ABŞ olmadan heç nə edə bilməyəcəyini düşünmək səhv olardı. Məsələ burasındadır ki, London buna görə hansı bədəli ödəməli olacaq?! Amma bu çox ağır  bədəl olacaq”, - deyə Kelin bildirib.


Diplomat vurğulayıb ki, strateji əhəmiyyətli boğazlarda məhdudiyyətlər tətbiq etmək beynəlxalq hüququ və dəniz nəqliyyatının sabitliyini sarsıdacaq təhlükəli bir presedentdir. Moskva Britaniyanın təşəbbüslərini yaxından izləyir və qisas almağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin