İrandan Trampın Hörmüz boğazını açmaq tələbinə istehzalı cavab: “Açarları itirmişik”

Hazırda oxunan: İrandan Trampın Hörmüz boğazını açmaq tələbinə istehzalı cavab: “Açarları itirmişik”

605315

İranın Zimbabvedəki və Cənubi Afrikadakı səfirlikləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması ilə bağlı tələbini sosial şəbəkədə istehza ilə qarşılayıb. 

Bizim.Media xəbər verir ki, İranın Zimbabvedəki səfirliyinin X hesabında “Açarları itirmişik” paylaşımı yer alıb. Bu paylaşım açıq şəkildə görünür.
 

Məlumata görə, İranın Cənubi Afrikadakı diplomatik nümayəndəliyi də zarafatı davam etdirərək açarların “gül dibçəyinin altında” olduğunu, girişin isə “yalnız dostlar üçün açıq” sayıldığını yazıb. 


Bundan əvvəl Tramp 5 aprel tarixində İranı sərt və təhqiramiz ifadələrlə Hörmüz boğazını açmağa çağırmışdı.

Reuters-in məlumatına görə, o, İran boğazı açmasa, ölkənin enerji və infrastruktur obyektlərinə, o cümlədən elektrik stansiyaları və körpülərə zərbələr endiriləcəyi ilə hədələmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin