ABŞ-ın İrandakı hərbi əməliyyatları təxminən 37 gün ərzində 42,1 milyard dollardan çox vəsaitə başa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Cost Tracker” portalı məlumat yayıb.
Portalın real vaxt rejimində apardığı hesablamalar Pentaqonun martın 10-da ABŞ Konqresinə təqdim etdiyi brifinqə əsaslanır.
Həmin brifinqdə qeyd olunub ki, Vaşinqton Yaxın Şərqdə döyüşlərin ilk altı günü ərzində 11,3 milyard dollar xərcləyib və münaqişənin hər sonrakı günü üçün əlavə 1 milyard dollar xərcləməyi planlaşdırır.
Bizim.Media































































































