Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Hazırda oxunan: Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

605278

“İran tərəfindən vurulan F-15 təyyarəsinin ekipaj üzvündən gələn siqnal əvvəlcə ABŞ tərəfindən pusqu ola biləcəyi kimi qiymətləndirilib. ABŞ tərəfi bunun İranın xilasetmə komandasını pusquya salmaq cəhdi ola biləcəyindən ehtiyat edib”.

Bizim.Media  xəbər verir ki, bunu “Axios”a müsahibəsi zamanı ABŞ prezidenti Donald Tramp deyib.

O bildirib ki, yaralı ekipaj üzvü dağlıq ərazidə 24 saatdan çox sağ qala bilib və şənbə günü xüsusi təyinatlıların əməliyyatı ilə xilas edilib. Əməliyyatda təxminən 200 xüsusi təyinatlı iştirak edib.
 

Trampın sözlərinə görə, İran hərbçiləri təyyarəni çiyindən atılan raketlə vurublar və o, bunu şans əsəri kimi qiymətləndirib. ABŞ rəsmiləri əvvəlcə ekipaj üzvünün radiosiqnalından sonra onun İranın əlinə keçmiş ola biləcəyini və yanlış siqnallar göndərildiyini düşünüblər.


Ekipaj üzvü radiosu ilə qısa mesaj verib. ABŞ tərəfi sonradan onun sağ olduğunu və əsir düşmədiyini təsdiqləyib.

ABŞ prezidentinin sözlərinə görə, pilot daha tez, gündüz saatlarında və güclü atəş altında xüsusi əməliyyatla xilas edilib. İki ekipaj üzvü bir-birindən bir neçə kilometr aralı düşüb və ərazidə yüzlərlə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin